AZ

20 nömrə əbədiləşdiriləcək

Yazını böyüt
Yazını kiçilt

İngiltərənin "Liverpul" komandası yol-nəqliyyat hadisəsi zamanı ölən Dioqu Jotanın çıxış etdiyi 20 nömrəli formanı dövriyyədən çıxarır.

Hafta.az klubun rəsmi saytına istinadla xəbər verir ki, komandanın bəyanatında Jotanın 2024/2025 mövsümündə "Liverpul"un çempion olmasında xidmətlərinə görə, 20 nömrənin haqlı olaraq əbədiləşdiriləcəyini bildirib:

"Onun zərbəsi Mersisayd derbisində qələbəni təmin etdi. Bu qol onun həyatında son qol oldu".

Jota həyatının son qolunu İngiltərə çempionatının 30-cu turunda "Liverpul"un 1:0 hesabı ilə qalib gəldiyi "Everton"la matçda vurub.

Xatırladaq ki, iyulun 3-də 28 yaşlı hücumçu qardaşı ilə birlikdə İspaniyada yol-nəqliyyat hadisəsində həyatını itirib.

Seçilən
25
19
hafta.az

10Mənbələr