BAKI, 3 iyul. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Ultimate Fighting Championship (UFC) döyüşünün keçiriləcəyini bəyan edib .
Teleqraf xəbər verir ki, Tramp 2026-cı ildə Müstəqillik Bəyannaməsinin 250-ci ildönümü münasibətilə Ağ Evdə UFC döyüşünün keçiriləcəyini deyib.
"Söhbət çempion titulu uğrunda 20-25 min tamaşaçının iştirakı ilə “əsl döyüş”dən gedir", deyən Tramp döyüşün tarixi və iştirakçıları barədə məlumat verməyib.
Ağ Evin mətbuat katibi Karolin Levitin sözlərinə görə , prezident bu məsələyə ciddi yanaşır.