Türkiyədə fəaliyyət göstərən siyasi partiyaların sayı 180-ə çatıb.
Redaktor.az xəbər verir ki, Yargıtay Cumhuriyyət Baş Prokurorluğunun yenilənmiş məlumatına əsasən, ölkədə ən çox üzvü olan siyasi partiya 10 milyon 878 min 733 nəfərlə Ədalət və İnkişaf Partiyası (AK Parti) olub.
Yargıtayın rəsmi internet səhifəsində yayımlanan siyahıya əsasən, üzv sayı baxımından AK Parti birinci yerdə qərarlaşıb. İkinci yerdə isə 1 milyon 903 min 432 üzvlə Cümhuriyyət Xalq Partiyası (CHP) gəlir.
Türkiyə Böyük Millət Məclisində (TBMM) fraksiyası olan digər partiyalardan Milliyyətçi Hərəkat Partiyasının (MHP) 497 min 428, İYİ Partiyanın 392 min 803, DEM Partiyasının 15 min 912, Səadət Partiyasının isə 246 min 842 qeydiyyatlı üzvü var.
Kənan YUSİF