Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin Ermənistanda baş verən son daxili siyasi proseslərlə bağlı Rusiyanın bəyanatlarına görə Ermənistan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb və ona etiraz notası təqdim edilib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb.
Qeyd olunur ki, İrəvan Rusiyadan gələn qiymətləndirmələrdən narazılığını diplomatik kanallar vasitəsilə Rusiya tərəfinə çatdırıb.
Rusiya KİV-lərində nazirliyin fikrincə, açıq-aşkar qeyri-dostluq ritorikasına və Rusiyanın bəzi rəsmilərinin, ekspertlərin bəyanatlarına qarşı kəskin etiraz bildirilib.