İsrail Qəzza zolağında atəşkəslə bağlı son təklifə Fələstinin radikal HƏMAS hərəkatından cavab aldığını təsdiqləyib.
Musavat.com xəbər verir ki, məlumatı İsrailin Ynet xəbər portalı məlumat yayıb.
Bildirilir ki, İsrail rəsmisi ölkəsinin HƏMAS-ın vasitəçilərdən göndərdiyi cavab sənədi aldığını təsdiqləyib və bildirib ki, “onun təfərrüatları öyrənilir”.
HƏMAS daha əvvəl Telegram kanalında hərəkatın vasitəçilərə müsbət cavab verdiyini və müzakirə olunan təklifin həyata keçirilməsi ilə bağlı dərhal danışıqlara başlamağa hazır olduğunu bildirmişdi. Bu qərar, onların qeyd etdiyi kimi, “bütün Fələstin fraksiyaları ilə məsləhətləşmələrdən” sonra qəbul edilib.
İyulun 4-də Əl-Ghad telekanalı mənbələrə istinadən xəbər verib ki, HƏMAS üç mübahisəli məqamla bağlı “yeni baxışını” təqdim edəcək və 60 günlük atəşkəs başa çatdıqdan sonra “atəşkəsin 30 gün məcburi uzadılmasını tələb etməyəcək”. Bununla belə, hərəkat hələ də Qəzza ilə bağlı “yekun razılıq əldə olunana qədər danışıqları davam etdirməyi” zəruri hesab edir. Əl-Ghad həmçinin vurğulayıb ki, HƏMAS anklava humanitar yardımın “ərzaq və dərman çatışmazlığını aradan qaldıracaq miqdarda” buraxılmasını tələb edəcək.
Musavat.com
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta