Misli Premyer Liqasına hazırlaşan "Kəpəz" klubu mövsümlərarası fasilədə ikinci transferi rəsmiləşdirib.

Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, portuqaliyalı Pedro Qomeslə müqavilə imzalanıb. 

Mərkəz müdafiəçisi mövqeyində çıxış edən 22 yaşlı futbolçu ilə razılaşmanın müddəti 2 illiyə nəzərdə tutulub.

Onumən son komamdası Portuqaliya təmsilçisi "Boavişta" olub.

Qeyd edək ki, "Kəpəz" rəhbərliyi günün birinci yarısında Şakir Seyidovla anladığını açıqlamışdı.