"Neftçi" mövsümlərarası fasilədə növbəti transferini reallaşdırıb.

Offsideplus.az xəbər verir ki, "ağ-qaralar" İmad Farajı heyətini qatıb. 26 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İ. Faraj son olaraq Kiprin AEK (Larnaka) klubunda çlxış edib. O, eyni zamanda Fransa, Portuqaliya və Belçika liqalarında da oynayıb.

Fransalı yarımmüdafiəçi "Neftçi"nin bu yayki 6-cı transferi olub. Onlar daha öncə Elvin Bədəlov, Murad Xaçayev, İqor Ribeyro, Luis Ortis və Sassi D'Almeydanı heyətinə cəlb edib.