Amerikalı jurnalist Taker Karlson İran Prezidenti Məsud Pezeşkiandan müsahibə alıb.
Paralel.az xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Biz indi Məsud Pəzeşkian ilə müsahibəni bitirdik... Eləcə də cəmi bir həftəyarım əvvəl müharibə vəziyyətində olduğumuz 70 yaşlı ürək-damar cərrahı ilə", - o videomüraciətində deyib.
Jurnalistin sözlərinə görə, müsahibənin məqsədi prezidentdən İranın İsrail və ABŞ ilə münasibətləri necə qurmağı planlaşdırdığını öyrənməyə çalışmaqdır .
Bundan əvvəl Karlson "War Room" podkastında çıxışı zamanı bildirmişdi ki, ABŞ-ı İranla silahlı münaqişəyə cəlb etmək Amerika imperiyasının dağılmasına gətirib çıxara bilər.(Publika.az)