AZ

"Qəbələ" daha bir legioner aldı

BAKI. 6 iyul. TELEQRAF

Yeni mövsümün transfer çalışmalarını davam etdirən “Qəbələ” heyətinə daha bir futbolçu qatıb.

Teleqraf klubun rəsmi saytına istinadən xəbər verir ki, anqolalı sağ vinger Paulo Quimbila “qırmızı-qaralar”ın uğurları üçün çalışacaq.

19 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb. Onun son klubu Bəhreyn təmsilçisi “Əl-Əhli” olub.

Qeyd edək ki, “Qəbələ” bunadək Prins Ovusu və İsaak Amoahı heyətinə qatıb.

Seçilən
51
17
teleqraf.com

10Mənbələr