AZ

Qanunla zarafat edən skuter sürücüsü maşınla üz üzə toqquşdu VİDEO

ain.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son dövrlər paytaxt küçələrində elektrik skuterlərin sürətlə artması müşahidə olunur. Lakin təəssüf ki, bu nəqliyyat vasitələrindən istifadə edən gənclər yol hərəkəti qaydalarına əməl etmədən hərəkət edir. Bu səbəbdən həm özlərini, həm də digər yol iştirakçılarını təhlükəyə atırlar.

Avtosfer.az xəbər verir ki, qaydalara əməl etməyən skuter sürücüsünün qəzaya düşdüyü anlar kameraya düşüb. Hadisə paytaxtın Nazim Hacıyev küçəsilə Ağa Nemətulla küçəsinin kəsişməsində baş verib. Belə ki, gənc sürücü əks istiqamətli yola çıxaraq axına qarşı hərəkət edib. Bu zaman sağa dönən avtomobilin qəfil qarşısına çıxaraq onunla toqquşub. Xoşbəxtlikdən hadisə nəticəsində ağır xəsarət alan olmayıb.

Fərid

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
22
26
avtosfer.az

10Mənbələr