“Turan Tovuz” təlim-məşq toplanışı üçün Türkiyəyə yola düşüb.
Msport.az xəbər verir ki, komanda hazırlıqların ikinci mərhələsi üçün Ankaranın Qızılcahamam bölgəsindəki “Çam Otel”də məskunlaşacaq.
Premyer Liqa təmsilçisi iyulun 19-dək məşqlərini orada davam etdirəcək.
Qeyd edək ki, Türkiyə toplanışının növbəti mərhələsi 24 iyul – 6 avqust tarixləri arasında Boluda baş tutacaq.