AZ

Kilian Mbappe “Real Madrid”in tarixinə düşüb

Bakı, 7 iyul, AZƏRTAC

İspaniyanın "Real Madrid" komandasının futbolçusu Kilian Mbappe “kral klubu”nun tarixinə düşüb.

AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, klublararası dünya çempionatının 1/4 final mərhələsində Almaniyanın “Borussiya Dortmund” komandası ilə matçda (2:0) sonuncu qolun müəllifi olan fransalı hücumçu Madrid təmsilçisinin heyətində bir mövsüm ərzində 7 fərqli turnirdə fərqlənən ilk oyunçu olub.

O, bunadək La Liqa, İspaniya Kral Kuboku, Çempionlar Liqası, İspaniya Superkuboku, UEFA Superkuboku və Qitələrarası Kubokda qol vurub.

Qeyd edək ki, Kilian Mbappe 2024-cü ilin yayından “Real Madrid”də çıxış edir.

Seçilən
16
50
azertag.az

10Mənbələr