AZ

“Fənərbağça”lı üçün 5 “elçi”

Braziliyalı futbolçu Rodriqo Bekao “Fənərbağça”dan ayrıla bilər.

Futbolpress.az xəbər verir ki, İtaliyanın “Udineze”, “Atalanta”, Fransanın “Nant”, Braziliyanın “Bahia” və “İnternasional” klubları müdafiəçi ilə maraqlanır. Bu barədə İspaniyanın “Marca” nəşri məlumat yayıb.

29 yaşlı futbolçu özü də klubdan ayrılmağa müsbət yanaşır. Bekao sabiq klubu “Udineze”yə qayıtmaq niyyətindədir.

Bekao 2023-cü ildə “Udineze”dən “Fənərbağça”ya keçib. O, Super Liqada 27 oyuna çıxıb.

Seçilən
26
26
futbolpress.az

10Mənbələr