AZ

Türkiyə ordusunun 12 hərbçisi şəhid oldu - YENİLƏNİB

Türkiyədə şəhid olan hərbçilərin sayı 12-ə çatıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
 
Nazirliyin yaydığı məlumatda bildirilir: "Pəncə-Kilit" əməliyyat bölgəsində terror təşkilatı üzvlərinin istifadə etdiyi mağarada aparılan axtarış və yoxlama əməliyyatı zamanı metan qazından zəhərlənən daha 4 qəhrəman döyüşçümüz ölüb, şəhidlərin sayı 12-ə yüksəlib".
 
09:06
 
İraqın şimalında mağarada əməliyyat-axtarış tədbirləri zamanı metan qazından zəhərlənib ölən türkiyəli hərbçilərin sayı səkkiz nəfərə çatıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin "X" səhifəsində məlumat verilib.
 
"Dərin ağrı və hüznlə dolu bu hadisədə həyatını itirən əziz şəhidlərimizə Allahdan rəhmət, ailələrinə, Türkiyə Silahlı Qüvvələrinə, millətimizə başsağlığı veririk", - deyə paylaşımda qeyd olunur.
 
Xatırladaq ki, 28 may 2022-ci ildə İraqın şimalında "Pençe-Kilit" əməliyyatı bölgəsində əməliyyat-axtarış tədbirləri zamanı PKK terrorçularının açdığı atəş nəticəsində Nuri Melih Bozkurt şəhid olub. Həmin vaxt intensiv atəşlə əlaqədar onun meyitini çıxarmaq mümkün olmayıb. Ötən gün - iyulun 6-da Nuri Melih Bozkurtun nəşinin tapılması üçün mağarada əməliyyat-axtarış tədbiri həyata keçirilib və əməliyyat zamanı 19 əsgər metan qazından zəhərlənib.
Seçilən
10
9
moderator.az

10Mənbələr