AZ

Yekaterinburqdan başlayan narahatlıq: “Miqrasiya, seçim və təhlükəsizlik

“İnsanların miqrasiyası tarix boyu mövcud olmuş və müxtəlif səbəblərlə hər zaman davam etmişdir. Müasir dövrdə isə miqrasiyanın əsas səbəbləri arasında təhlükəsizlik məsələləri mühüm yer tutur”.

Bunu Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Onun sözlərinə görə, son vaxtlar Yekaterinburqda baş verən hadisələr bu baxımdan diqqət çəkir və Rusiyada yaşayan azərbaycanlı soydaşlarımızın bir hissəsinin başqa ölkələrə köçməsinə müəyyən qədər zəmin yarada bilər:

“Eyni zamanda, bu proses çərçivəsində az da olsa, bir qrup azərbaycanlının vətənə – Azərbaycana geri dönməsi də ehtimal olunur.

Bununla yanaşı, post-sovet məkanında yaşayan insanlar arasında daha yaxşı həyat şəraiti axtarışı onları əsasən ABŞ və Avropa ölkələrinə yönləndirir. Bu mənada Rusiyadan köç etməyi planlaşdıran, maddi imkanlara malik şəxslərin Avropa ölkələrini daha çox üstün tutacaqları gözlənilir.

Lakin düşünürəm ki, azərbaycanlıların Rusiyadan kütləvi şəkildə miqrasiyası ehtimalı azdır. Çünki yaxın zamanlarda Azərbaycan-Rusiya münasibətlərində yaranan gərginliyin azalmağa doğru gedəcəyi və Rusiyada azərbaycanlılara qarşı müşahidə olunan bəzi haqsızlıqların aradan qalxacağı ehtimal olunur. İki ölkə arasındakı anlaşmazlıqlar diplomatik müstəvidə, qarşılıqlı hörmət və fayda prinsipi əsasında müzakirə olunmalı və ədalətli şəkildə həll edilməlidir”.

“Zorakılıq və təzyiqlə problemlərin həlli dövrü artıq arxada qalıb. Həm Azərbaycan, həm də Rusiya müstəqil və suveren dövlətlər olaraq bütün məsələləri qarşılıqlı əməkdaşlıq ruhunda və diplomatik yollarla həll etməyə borcludurlar. Bu gün alternativsiz olan yeganə yol da məhz budur”,-deyə millət vəkili sonda qeyd edib.

//Gülnarə Abasova, Editor.az

Seçilən
14
50
editor.az

10Mənbələr