Bakının Sabunçu rayonunda soyğunçuluq hadisəsi baş verib.
Bu barədə Bakues.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
İki naməlum şəxs zərərçəkənin 3000 manat dəyərində mobil telefonunu zor tətbiq edərək ələ keçiriblər.
Sabunçu RPİ 13-cü Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 17 və 16 yaşlı Bakı şəhər sakinləri saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.