AZ

“Sabah” – “Sele” oyununa satılmış biletlərin sayı bəlli oldu

UEFA Avropa Liqasının I təsnifat mərhələsində üz-üzə gələcək “Sabah” – “Sele” görüşünə satılan bilet sayı bəlli olub.

Bu barədə İdmanxeber.az saytına paytaxt klubunun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov məlumat verib:

“Oyuna 2500-dən çox bilet satılıb. Hələ ki, ancaq onlayn biletlər satılır. Oyun günü stadionun kassaları da bilet satışı fəaliyyətinə başlayacaq. Rəqib komanda Bakıya iyulun 9-da, səhər satlarında gələcək. Komanda “Hyatt Regency” hotelində məskunlaşacaq. Sloveniyadan oyuna 2 nəfər jurnalist gələcək.
Rəqib tərəfdən gələcək azarkeş sayı hələ ki, məlum deyil”.

“Sabah” – “Sele” matçı iyulun 10-da, saat 20:00-da “Bank Respublika Arena”da baş tutacaq. Cavab görüşü iyulun 17-də, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Seçilən
16
16
idmanxeber.az

10Mənbələr