Rusiyanın keçmiş nəqliyyat naziri Roman Starovoyt Moskva yaxınlığında Odintsovodakı evində ölüb tapılıb.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə Dövlət Dumasının müdafiə komitəsinin rəhbəri Andrey Kartapolov RTVI-yə bildirib.
“Mash”ın məlumatına görə, keçmiş nazirin meyitinin yanında PM tapançası tapılıb.
“Baza” və “Kommersant”ın yazdığına görə, Starovoytun intiharı cinayət işi ilə bağlı ola bilər. Mənbələrin bildirdiyinə görə, Kursk vilayətinin keçmiş rəhbəri, əvvəllər onun müavini işləmiş və 1 milyard rubl məbləğində dələduzluqda şübhəli bilinərək həbs edilmiş Aleksey Smirnov onun əleyhinə ifadə verib.
***
16:58
Rusiyanın keçmiş nəqliyyat naziri və Kursk vilayətinin keçmiş qubernatoru Roman Starovoyt intihar edib.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
İlkin məlumata görə, o, mənzilində özünü güllələyib.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinin bu gün imzaladığı fərmanla Roman Starovoyt Rusiya Federasiyasının nəqliyyat naziri vəzifəsindən azad edilib.
Xatırladaq ki, Starovoyt nəqliyyat naziri vəzifəsində 2024-cü ilin may ayından çalışırdı. Buna qədər isə o, Kursk vilayətinin qubernatoru vəzifəsini tutub.