AZ

Mingəçevir Dövlət Universiteti regionun ən böyük istehsalat kompleksi olan "Azəralüminium" MMC ilə Əməkdaşlıq Memorandumu bağlayıb

Təhsil və sənaye sahələrində universitet-sənaye əməkdaşlığının gücləndirilməsi məqsədilə Mingəçevir Dövlət Universiteti (MDU) və "Azəralüminium” Məhdud Məsuliyyətli Cəmiyyətinin Gəncə İstehsalat Kompleksi arasında əməkdaşlıq Memorandumu imzalanıb. Memorandumu MDU-nun rektoru Anar Eminov və "Azəralüminium" MMC-nin direktoru Maksim Cavadov imzalayıb.
Buna uyğun olaraq, 2025-ci il iyulun 8-də rektor A.Eminovun rəhbərlik etdiyi nümayəndə heyəti "Azəralüminium" MMC-nin Gəncə İstehsalat Kompleksini ziyarət edib. 
Ziyarət zamanı istehsalat kompleksində təşkil olunan dəyirmi masa ətrafında universitet və müəssisə rəhbərliyi arasında qarşılıqlı fikir mübadiləsi aparılıb. Görüş zamanı "Azəralüminium” MMC-nin Gəncə İstehsalat Kompleksinin direktoru Cəmil Səfərov MDU ilə əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, bu əməkdaşlığın müasir sənaye tələblərinə cavab verən mühəndis kadrların hazırlanmasında mühüm rol oynayacağını bildirib. O, müəssisənin ixtisaslaşmış kadr potensialına olan ehtiyacını, təcrübə imkanlarını və birgə innovativ layihələrdə iştiraka marağını qeyd edib.
Rektor A.Eminov universitetin əmək bazarının nümayəndələri ilə əməkdaşlıq etməyə, sənayeyə inteqrasiya olunmaq və təhsilalanların praktiki bacarıqlarının inkişafına yönəlik tədris modelinə keçməkdə maraqlı olduqlarını bildirərək istrehsalat müəssisəsi ilə qurulan əməkdaşlığın bu imkanları yaratmaq baxımından önəmli rol oynadığını diqqətə çatdırıb. O, imzalanan memorandumun sadəcə rəsmi sənəd deyil, real əməkdaşlıq planlarının icrası üçün yol xəritəsi olduğunu qeyd edərək, əməkdaşlığın qurulmasında göstərilən dəstəyə görə M.Cavadov başda olmaqla bütün kollektivə minnətdarlığını bildirib. 
Memorandumun məqsədi elmi biliklərlə istehsalat təcrübəsinin sintezini təmin etməklə, ölkənin sənaye potensialına töhfə verə biləcək peşəkar kadrların hazırlanmasını, innovasiya fəaliyyətinin inkişafını və qarşılıqlı resurs mübadiləsini təmin etməkdir. 
Memoranduma əsasən MDU-nun Sənaye mühəndisliyi, Energetika mühəndisliyi, Elektrik və elektronika mühəndisliyi, Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi ixtisasları, eləcə də Elektroenergetika üzrə ixtisaslaşmasının tədris proqramları və sillabusları təkmilləşdiriləcək. Həmin ixtisaslarda təhsil alan tələbələrin istehsalat təcrübəsi və dərslərin praktiki hissəsi "Azəralüminium” MMC-nin Gəncə İstehsalat Müəssisəsində keçiriləcək. Magistrantların dissertasiya mövzuları müəssisənin real istehsalat problemlərinə həsr olunacaq və onların elmi rəhbərləri ilə yanaşı, müəssisədən də bir rəhbər təyin ediləcək. Müvafiq istiqamətlər üzrə magistratura səviyyəsinə yüksək nəticələrlə qəbul olunan məzunlar müəssisə tərəfindən işlə təmin olunacaqlar.
Tərəflər birgə əməkdaşlıq çərçivəsində təhsil və təcrübə mübadiləsi, elmi-tədqiqat və innovasiya fəaliyyəti, insan resurslarının inkişafı, sosial və ictimai təşəbbüslərin həyata keçirilməsi istiqamətlərində fəaliyyətləri icra edəcəklər. Bu əməkdaşlıq universitetin akademik potensialının istehsalatla sinxronlaşdırılması, tələbələrin bilik və bacarıqlarının artırılmasına, eləcə də müəssisənin kadr ehtiyaclarının daha səmərəli şəkildə ödənilməsinə töhfə verəcək.
Ziyarət zamanı nümayəndə heyəti müəssisənin maddi-texniki bazası və müasir istehsalat infrastrukturu və tədris mərkəzi ilə yaxından tanış olub. 
Qeyd edək ki, MDU ilə "Azəralüminium” MMC arasında imzalanan əməkdaşlıq Memorandumu ali təhsil sistemində tətbiqyönümlü yanaşmanın gücləndirilməsi və sənaye ilə real əlaqələrin qurulması baxımından önəmli nümunədir.
 
 










 
 
 
Xəbər düzəliş səhifəsi
* Xəbərin başlığı:
    
B - BOLDR - REDI - ITALICT - CLEAR
Qeyd: Mətn seçildikdən sonra bu düymələrdən istifadə edə bilərsiniz. T - bütün rəngləri sıfırlamaq üçündür.
 
Yarım başlıq
 
 /   /      :        Cari tarix
 
 
AKTUAL
TEXNOLOGİYA
Funksiyalar
 ...  MANŞET
 ...  ÖZƏL
 ...  FOTO
 ...  VİDEO
 ...  MÜSAHİBƏ
REKLAM
 ...  Qaynar Fanat
 ...  Musavat
KÖŞƏ
İQTİSADİYYAT
 ...  SIĞORTA
 ...  BANK
SİYASƏT
DÜNYA
SOSİAL
 ...  HADİSƏ
 ...  MARAQLI
 ...  QHT
 ...  TƏHLİL
 ...  İdman
MƏDƏNİYYƏT
 ...  ŞOU-BİZNES
 ...  DİASPOR
 ...  ƏDƏBİYYAT
 
Dərc olunsun?:
 Bəli  No
 
SHARE:
 Bəli  No
 


1751980981_t.jpeg
 
 
1751980977_yhu.jpeg
 
 
1751980908_as.jpeg
 
 
1751980935_8u9.jpeg
 
 
1751980949_xx.jpeg
 
 
1751981002_ii.jpeg
 
 
1751980978_uh.jpeg
 
 
1751980978_xds.jpeg
 
 
1751980928_oki.jpeg
 
 
1751981006_ilk.jpeg
 
 
1751980990_8io.jpeg
 
 
1751980943_iuji.jpeg
 
 
 
   
Paragraph
Text
Fonts
Subscript
Superscript
Foreground Color
Background Color
Bold
Italic
Underline
 
 
 
Xəbər düzəliş səhifəsi
* Xəbərin başlığı:
    
B - BOLDR - REDI - ITALICT - CLEAR
Qeyd: Mətn seçildikdən sonra bu düymələrdən istifadə edə bilərsiniz. T - bütün rəngləri sıfırlamaq üçündür.
 
Yarım başlıq
 
 /   /      :        Cari tarix
 
 
AKTUAL
TEXNOLOGİYA
Funksiyalar
 ...  MANŞET
 ...  ÖZƏL
 ...  FOTO
 ...  VİDEO
 ...  MÜSAHİBƏ
REKLAM
 ...  Qaynar Fanat
 ...  Musavat
KÖŞƏ
İQTİSADİYYAT
 ...  SIĞORTA
 ...  BANK
SİYASƏT
DÜNYA
SOSİAL
 ...  HADİSƏ
 ...  MARAQLI
 ...  QHT
 ...  TƏHLİL
 ...  İdman
MƏDƏNİYYƏT
 ...  ŞOU-BİZNES
 ...  DİASPOR
 ...  ƏDƏBİYYAT
 
Dərc olunsun?:
 Bəli  No
 
SHARE:
 Bəli  No
 


1751980981_t.jpeg
 
 
1751980977_yhu.jpeg
 
 
1751980908_as.jpeg
 
 
1751980935_8u9.jpeg
 
 
1751980949_xx.jpeg
 
 
1751981002_ii.jpeg
 
 
1751980978_uh.jpeg
 
 
1751980978_xds.jpeg
 
 
1751980928_oki.jpeg
 
 
1751981006_ilk.jpeg
 
 
1751980990_8io.jpeg
 
 
1751980943_iuji.jpeg
 
 
 
   
Paragraph
Text
Fonts
Subscript
Superscript
Foreground Color
Background Color
Bold
Italic
Underline

 

Seçilən
61
7news.az

1Mənbələr