
Afina Antik Əsərlər İdarəsindən verilən açıqlamada, hava istiliyinin həddindən artıq yüksəlməsi səbəbiylə dünən saat 13:00-17:00 arasında Afinanın tarixi Akropol Məbədinə ziyarətçilərin daxil olmasının qadağan edildiyi bildirilib.Açıqlamada bu qərarın tarixi məbəddə çalışan həm işçilərin, həm də ziyarətçilərin təhlükəsizliyi üçün verildiyi qeyd edilib.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də təhlükəsizlik baxımından yüksək temperatur olan bölgələrdə işçilərin günorta saatlarında işləməsini qadağan edib.Bu çərçivədə Mərkəzi Makedoniya, İon adaları, Qərbi Yunanıstan, Thessaly, Messinia bölgələri və Samos və Rodos adalarında bu gün saat 12:00-17:00 arasında işçilərin açıq sahədə işləməsinə icazə verilməyəcək.Yükdaşıma, kuryer, tikinti və gəmiqayırma kimi sahələrdə işlər dayandırılıb.
Diqqət Çəkənlər
İSMAYILLI: "Günə baxan gözəllik" - VİDEO
Kremldə ölüm sükutu: Starovoyt faciəsi şübhələri artırdı
İlon Mask Tramp və Epşteyn əlaqələri barədə paylaşımı sildi