Demokrat.az xəbər verir ki, bunu XİN Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadənin şərhində bildirilib.
O, İran səfirinin diqqətinə çatdırıb ki, İranın Zirvə görüşünün nəticələrinin əks olunduğu Xankəndi Kommünikesi İƏT üzv dövlətləri ilə əvvəlcədən razılaşdırıldığı kimi, əvvəlki Zirvə görüşlərinin təcrübəsinə uyğun olaraq, üzv dövlətlərlə razılaşdırılmasına ehtiyac olmadan sammitin sədrinin xülasəsi formatında tərtib edilərək təşkilatın rəsmi internet səhifəsində dərc edilib. pizza mizza
Bu halda, İran səfirinin guya Xankəndi Kommünikesinin qəbul olunması və İran tərəfinin ona qeyd-şərt qoyması barədə iddiaları real vəziyyəti əks etdirmir. Diplomatik praktikada qeyd-şərt yalnız danışıqlar nəticəsində qəbul edilmiş qərarlara münasibətdə verilə bilər:
"Həqiqət budur ki, İran da daxil olmaqla, İƏT-in bütün üzvləri İslam Əməkdaşlıq Təşkilatının da üzvləridir və İran daxil həmin dövlətlərin hamısı 21-22 iyun tarixlərində İstanbulda keçirilmiş İƏT Nazirlər Şurasının 51-ci sessiyasının yekununda danışıqlar nəticəsində qəbul edilmiş “Hazırkı Ermənistan ərazilərindən zorla və sistematik şəkildə didərgin salınmış azərbaycanlıların qayıdış hüququ” adlı qətnamədə və həmin sessiyanın yekun siyasi sənədi olan İstanbul Bəyannaməsində Qərbi Azərbaycan İcmasının öz yurdlarına ləyaqətli qayıdış hüququna dəstəyini ifadə edib, habelə Ermənistan tərəfindən sözügedən İcmanın hüquqlarının inkar olunmasını qınayıb".
A.Hacızadə onu da qeyd edib ki, Xankəndi Kommünikesi isə İƏT-in məhz bu konsensusla qəbul edilmiş Bəyannaməsinə istinadı ehtiva edir:
10Mənbələr
-
onn.azXİN rəsmi məlumat yaydı ( 19116643)
-
baki-xeber.comAzərbaycan XİN İranın İrəvandakı səfirinə sərt cavab verdi... ( 19114768)
-
hurriyyet.azRəsmi Bakıdan İran səfirinə cavab: “Siyasi manipulyasiya və riyakarlıqdır” ( 19112947)
-
missiya.azİranın Ermənistandakı səfirinin Xankəndi Zirvə görüşünün yekun sənədi ilə bağlı iddiaları qəbuledilməzdir - XİN ( 19112575)
-
tribunainfo.azRəsmi Bakıdan Tehranın İrəvandakı səfirinə – Cavab ( 19111384)
-
leqal.infoRəsmi Bakı İranın Ermənistandakı səfirinə cavab verib: Onun fikirləri riyakarlıqdır ( 19110553)
-
ictimairey.azSON DƏQİQƏ! Rəsmi Bakıdan İran səfirinə SƏRT CAVAB: Xankəndi Zirvə görüşü… ( 19108525)
-
referans.azSON DƏQİQƏ! Rəsmi Bakıdan İran səfirinə SƏRT CAVAB: Xankəndi Zirvə görüşü... ( 19108366)
-
demokrat.azRəsmi Bakıdan İran səfirinə SƏRT CAVAB: Xankəndi Zirvə görüşü... ( 19108297)
-
yenisabah.azRəsmi Bakıdan İran səfirinə SƏRT CAVAB: Xankəndi Zirvə görüşü... ( 19107979)