Mixail Boqdanov Rusiya xarici işlər nazirinin müavini vəzifəsindən azad edilib.
"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbər verdiyi kimi, müvafiq fərmanı Rusiya Federasiyasının prezidenti Vladimir Putin imzalayıb.
Rusiya lideri digər fərmanla Boqdanovu prezidentin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi vəzifəsindən də azad edib.