AZ

PSJ darmadağınla finalda

FİFA Klublararası dünya çempionatının ikinci finalçısının adına aydınlıq gətirilib.

Msport.az xəbər verir ki, ABŞ-ın Nyu-Cersi ştatındakı yerləşən “MetLife” arenasında PSJ və “Real” üz-üzə gəlib.

Görüş fransızların 4:0 hesablı darmadağını ilə başa çatıb. Paris təmsilçisinin qollarını Fabian Ruis (dubl), Usman Dembele və Qansalo Ramos vurub.

Beləliklə, finalda PSJ ilə “Çelsi” üz-üzə gələcək. Final görüşü iyulun 13-də baş tutacaq.

Seçilən
39
1
msport.az

5Mənbələr