İran prezidenti Məsud Pezeşkian deyib ki, agentlik İranın nüvə proqramına münasibətini dəyişərsə, Tehran MAQATE ilə əməkdaşlığı bərpa edəcək.
Publika.az xəbər verir ki, İslam Respublikası Prezidentinin rəsmi saytı Pezeşkiandan sitat gətirib.
"Bu əməkdaşlığın davam etdirilməsi MAQATE-nin nüvə dosyesinə ikili münasibətini dəyişib-dəyişdirməməsindən asılıdır. İrana qarşı hər hansı təkrar təcavüz bizi peşman edəcək daha sərt cavabla qarşılaşacaq", - Pezeşkian deyib.
İran prezidenti Məsud Pezeşkian iyulun 2-də MAQATE ilə əməkdaşlığı dayandıran qanunun tətbiqi ilə bağlı fərman verib.