“Çelsi”nin cinah oyunçusu Noni Madueke “Arsenal”a keçməyə yaxındır.
90deqiqe.Az xəbər verir ki, 23 yaşlı futbolçu “topçular”la 2030-cu ilə qədər nəzərdə tutulan şəxsi müqavilə şərtlərində razılıq əldə edib.
Lakin hələlik klublar arasında razılaşma yoxdur. “Arsenal”ın 45 milyon avro və bonuslar şəklində təqdim etdiyi təklif “Çelsi” rəhbərliyini qane etmir.
London təmsilçisi futbolçunun transferi üçün 65 milyon avro tələb edir və yalnız bu məbləğ ödənəcəyi halda razılıq verməyə hazırdır.
Hazırda davam edən klublararası dünya çempionatında Madueke 5 oyunda iştirak etsə də, məhsuldarlıq göstəricisi qeydə almayıb. Geridə qalan mövsümdə isə ümumilikdə 46 oyuna çıxan vinger 11 qol vurub və 5 məhsuldar ötürmə edib.