AZ

“Fiorentina” Moyze Kini komandada saxlamaq istəyir

“Fiorentina” hücumçu Moyze Kinə yeni sərfəli müqavilə təklif etməyə hazırlaşır.

90deqiqe.Az-ın məlumatına görə, tərəflər razılığa gələrsə, 24 yaşlı futbolçunun illik maaşı 4 milyon avroya yüksələcək. Hazırda isə Kinin illik gəliri 2,2 milyon avrodur.

Ötən mövsüm Moyze Kin “Fiorentina”nın heyətində əla çıxış edərək komandanın ən məhsuldar oyunçusu olub. O, bütün turnirlərdə 44 matçda iştirak edib, 25 qol vurub və 3 məhsuldar ötürmə verib.

Transfermarkt portalının məlumatına əsasən, İtaliya millisinin üzvü olan hücumçunun bazar dəyəri 50 milyon avro təşkil edir.

Seçilən
117
47
90deqiqe.az

10Mənbələr