Almaniya ABŞ-dan Ukrayna üçün iki Patriot sistemi almağa hazırdır.
Musavat.com xəbər verir ki, məlumatı Prezident Vladimir Zelenski Romada Ukraynaya həsrt olunmuş konfransdan sonra açıqlayıb: "Bizim Prezident Donald Trampla Patriot sistemləri ilə bağlı müsbət dialoqumuz var. Mənim xahişim 10 Patriot sistemi və bu sistemlər üçün müvafiq raket həcmidir. Almaniya ödəməyə hazırdır, mənim onlarla müqaviləm var - iki sistem. Norveç ödəməyə hazırdır - Baş nazirlə ikitərəfli müqavilələrim var - bir sistem".
Zelenski əlavə edib ki, hazırda sistem istehsalçısı və ABŞ-dan alış tarixləri ilə bağlı cavab gözləyir: "Amerika Patriot sistemlərini maliyyələşdirmək üçün hazırkı sistem budur".
Musavat.com