AZ

İsrail rəsmisi İranın uranın qalıqlarını zənginləşdirdiyini bildirib

Bizimyol saytına istinadən ain.az xəbər verir.

İsrailin yüksək vəzifəli nümayəndəsi The New York Times qəzetinə verdiyi açıqlamada, əldə olunan məlumata görə, İranın bəzi zənginləşdirilmiş uranının nüvə obyektlərinə edilən hücumlardan sonra hələ də qaldığını və İranın nüvə mütəxəssislərinin ona hələ də əlçatan olduqlarını bildirib.

Bizimyol.info xəbər verir ki, nümayəndə əlavə edib ki, İsrail ötən ilin sonlarından İran ilə hərbi əməliyyatlara başlamağa hazırlaşıb, çünki onlar İslam Respublikasının gizli nüvə silahı hazırlığı ilə bağlı bir "bombanın hazırlanmasına" çalışdığı barədə məlumata sahib olublar.

Nümayəndənin sözlərinə görə, İsrailin kəşfiyyat xidmətləri "Hizbullah"ın lideri Həsən Nəsrallahın öldürülməsindən dərhal sonra nüvə silahı hazırlığı ilə bağlı fəaliyyət aşkar ediblər. Bu müşahidə, İsrail baş naziri Benjamin Netanyahunun ABŞ ilə və ya onsuz hücuma hazırlaşmasına səbəb olub.

Qəzetə danışan şəxs, gizli proqramla bağlı toplanan dəlillərin tam şəkildə Birləşmiş Ştatlara təqdim edildiyini, amma proqramın təfərrüatları ilə bağlı heç bir açıqlama verilmədiyini qeyd edib.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
146
50
icma.az

10Mənbələr