AZ

UEFA reytinqi açıqlandı - Mövsümə əliboş start

Avrokuboklarda 2025/2026-cı illər mövsümünün ilk təsnifat mərhələsinin oyunlarından sonra ölkələrin UEFA reytinqi açıqlanıb.

Arena.az xəbər verir ki, Azərbaycanın UEFA reytinqindəki “qonşular”ı əmsallarını artırsalar da, ölkəmiz yerində sayıb.

28-ci pillədə qərarlaşmış Ukrayna (17,850) aktivinə daha 0,250 bal yazdırıb. 30-cu sıradakı Bolqarıstan (16,250) isə daha çoxuna nail olub. Bu ölkədə rəqəm 0,375-dir.

29-cu mövqedəki Azərbaycanda (17,125) isə dəyişiklik olmayıb. Çünki ötən gün Avropa Liqasında mübarizəyə başlamış “Sabah” birinci təsnifat mərhələsinin Bakıdakı ilk oyununda Sloveniyanın “Çelye” komandasınna uduzub – 2:3.

Qeyd edək ki, reytinq cədvəlinə İngiltərə (94,839) başçılıq edir. İtaliya (84,374) ikinci, İspaniya (78,703) üçüncü, Almaniya (74,545) dördüncü, Fransa isə (67,748) beşincidir.

Seçilən
339
43
arena.az

10Mənbələr