AZ

Prezidentdən Milli Onkologiya Mərkəzi ilə bağlı - Sərəncam

Azərbaycan Prezidenti İlham Əliyev Milli Onkologiya Mərkəzinin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Prezidentinin ehtiyat fondundan Azərbaycan Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinə 650000 manat ayrılıb.

Azərbaycan Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Seçilən
20
2
qafqazinfo.az

3Mənbələr