AZ

Metrodan istifadə edənlərin sayı azaldı

Bu ilin yanvar-iyun aylarında metrodan 111 milyon 394 min sərnişin istifadə edib.

Avtosfer.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 1,6 faiz azalıb.

Hesabat dövründə metroda sərnişin dövriyyəsi isə 1 milyon 314,8 min km təşkil edib.

Xatırladaq ki, cari ilin yanvar-may aylarında metro ilə 93,997 milyon nəfər daşınıb.

Qeyd edək ki, ümumilkdə sərnişinlərin 10,9 faizi metro, 88,4 faizi avtomobil, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Seçilən
322
50
avtosfer.az

10Mənbələr