ABŞ ordusunun general-mayoru Con Rafferti bildirib ki, alyans Rusiyanın mümkün hücumlarının qarşısını almaq üçün uzaqmənzilli zərbə qabiliyyətini gücləndirməlidir.
Bizim.Media xəbər verir ki, Rafferti bu barədə “Reuters”ə müsahibəsində deyib.
Onun sözlərinə görə, Rusiya belə raketlərin istehsalını fəal şəkildə artırır və hava hücumundan müdafiə sistemlərinə sərmayə yatırır.
Ukraynada müharibə təcrübəsi cəbhə xəttinin arxasındakı əsas hədəflərin məhv edilməsi üçün uzaqmənzilli silahların həyati əhəmiyyətini bir daha sübut edib. Rafferti qeyd edib ki, bu gün Rusiya ordusu say baxımından işğala başladığı vaxtdakından daha böyükdür və bu, NATO-nun adekvat cavab verməsini tələb edir.
O əlavə edib ki, Avropa uzaqmənzilli sistemlərin təchizatında ABŞ-dan çox asılıdır və ABŞ-ın artilleriya komandanlığı 2026-cı ildən başlayaraq belə raketlərin Avropada müvəqqəti yerləşdirilməsi üçün hazırlıqlara başlayıb.
Bizim.Media