ABŞ Prezidenti Donald Tramp Avropadakı müttəfiqlərə Ukraynaya ötürülməsi üçün silah tədarükünün kəskin şəkildə artırıldığını bəyan edib. Bu barədə Axios nəşri məlumatlı mənbəyə istinadən xəbər yayıb.
Məlumata görə, bu silahların ilk mərhələsi NATO müttəfiqlərinə təxminən 10 milyard dollar məbləğində satılacaq.
“Tədarüklərə raketlər, hava hücumundan müdafiə sistemləri və artilleriya mərmiləri daxildir. Bu, Trampın əvvəlki siyasətindən ciddi bir dönüşdür. O, əvvəllər Ukraynanı açıq dəstəkləməkdən imtina edir və yalnız müdafiə xarakterli silahların verilməsini müdafiə edirdi ki, müharibənin gərginləşməsinin qarşısı alınsın”, – deyə Axios yazır.
//Samir Qurbanov, Editor.az