Bakı, 14 iyul, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp iyulun 14-də Ukraynaya hərbi yardım, o cümlədən hücum silahlarının tədarükünü nəzərdə tutan yeni planını açıqlayacaq.
AZƏRTAC xəbər verir ki, “Axios” portalı bu barədə mənbələrinə istinadla məlumat yayıb.
Məlumata görə, Donald Tramp müvafiq planını NATO-nun Baş katibi Mark Rütte ilə Ağ evdə keçiriləcək görüş zamanı təqdim edəcək. Həmin plan Ukraynaya hücum silahlarının tədarükünü də ehtiva edir. Ekspertlər bunu Birləşmiş Ştatların dövlət bacısının Ukrayna siyasətində “ciddi dəyişiklik” kimi qiymətləndirlər.
Donald Tramp bundan əvvəl Ukraynaya əsasən müdafiə silahlarının göndəriləcəyini bildirmişdi. Lakin yeni plan çərçivəsində Ukraynaya Rusiya ərazisini, o cümlədən Moskva ətrafındakı hədəfləri vura bilən uzaqmənzilli raketlərin tədarükü də nəzərdən keçirilir.
Xatırladaq ki, bir müddət öncə ABŞ Prezidenti “Endryus” hərbi bazasında jurnalistlərə açıqlamasında Ukraynaya əlavə silah tədarükünün, o cümlədən “Patriot” sistemləri üçün raketlərin göndəriləcəyini və bunun üçün maliyyə təminatının Avropa İttifaqı tərəfindən ödəniləcəyini demişdi.