AZ

Trampdan Rusiyaya qarşı sərt qərar - Ukraynaya Moskvanı vura biləcək raketlər göndərilir…


ABŞ prezidenti Donald Tramp Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemləri göndərəcəklərini deyib. Rusiya prezidenti Vladimir Putinin onu məyus etdiyini deyən Tramp, Ukraynaya ehtiyac duyduqları “Patriot”ları göndərəcəklərini bildirib.

"Onlara “Patriot”ları göndərəcəyik. Çünki Putin həqiqətən çox insanı təəccübləndirib. Şirin söhbətlər edir, amma sonra axşam insanların başına bomba yağdırır. Burada kiçik bir problem var. Bu, mənim xoşuma gəlmir" - deyib Tramp bildirib.

Tramp Ukraynaya neçə "Patriot" göndərəcəklərinin hələ dəqiqləşmədini deyib: "Sayı hələ dəqiqləşməyib, lakin onların müdafiəyə ehtiyacı olduğu üçün bəzilərini göndərəcəyik. Pulunu Avropa Birliyi ödəyəcək. Biz heç nə ödəməyəcəyik, ancaq onları göndərəcəyik".

Bu arada, “Axios” portalı Trampın Ukraynaya hərbi yardım, o cümlədən hücum silahlarının tədarükünü nəzərdə tutan yeni planını yaxınlarda açıqlayacağını bildirib.

Məlumata görə, Tramp planını NATO-nun Baş katibi Mark Rütte ilə Ağ evdə keçiriləcək görüş zamanı təqdim edəcək. Həmin plan Ukraynaya hücum silahlarının tədarükünü də ehtiva edir. Ekspertlər bunu Birləşmiş Ştatların dövlət bacısının Ukrayna siyasətində “ciddi dəyişiklik” kimi qiymətləndirirlər.

Tramp bundan əvvəl Ukraynaya əsasən müdafiə silahlarının göndəriləcəyini bildirmişdi. Lakin yeni plan çərçivəsində Ukraynaya Rusiya ərazisini, o cümlədən Moskva ətrafındakı hədəfləri vura biləcək uzaqmənzilli raketlərin tədarükü də nəzərdən keçirilir.

TAHİR

Seçilən
55
43
baki-xeber.com

10Mənbələr