AZ

Su kəməri zədələndi

Masallı rayonunda yerləşən Viləşçay su anbarından Cəlilabad rayonuna çəkilən magistral su kəmərində qəza baş verib.

 

Hadisə Masallı rayonunun Güllütəpə kəndi ərazisində qeydə alınıb.

 

Hadisəyə səbəb kimi su kəmərinin keçdiyi ərazidəki taxıl zəmisinin yandırılması göstərilir. Hadisə nəticəsində plastik boru xətti sıradan çıxıb.

 

Ərazidə hazırda təmir işlərinə başlamaq üçün müvafiq qurumlar tərəfindən tədbirlər aparılır.

 

Oxu.az

Tarix: 11 İyul 2025, 20:41   
Seçilən
19
9
pravda.az

10Mənbələr