
TASS agentliyinə müsahibəsində İranın Rusiyadakı səfiri Kazem Cəlali bildirib ki, İsrailin İrana və regiona qarşı hücumları hərbi cinayətdir və bölgədə vəziyyəti kritik həddə çatdırıb. “İran daim diplomatik yanaşmanı üstün tutub və danışıqlar masasını tərk etməyib. Lakin beynəlxalq ictimaiyyət indiyə qədər bu həqiqəti görməzdən gəlib,” – deyə səfir vurğulayıb.Cəlalinin sözlərinə görə, İsrail rejiminin bölgədə və İran ərazisində törətdiyi faciələr artıq dözülməz həddə çatıb.O əlavə edib ki, İranın dinc nüvə obyektlərinə Qərb tərəfindən edilən hücumlar həm məntiqi yanaşmanı dağıdıb, həm də danışıqlar prosesini zəiflədərək beynəlxalq hüququ alçaldıb.Ulusum.az
Diqqət Çəkənlər
Bakıda motosiklet sürücüsünün təhlükəli hərəkəti - VİDEO
"Ukrayna müharibəsi Tramp üçün ikinci Əfqanıstan ola bilər" - XƏBƏRDARLIQ
Yavaş yemək – sağlamlığın üçün nə qədər önəmlidir?