AZ

Kibercinayətkarlıqla mübarizə çərçivəsində 346 şübhəli saxlanılıb

Newscenter.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Ötən həftə Türkiyənin 21 vilayətində onlayn formada uşaqlara qarşı əzlaqsızlıq və təcavüz, ağır fırıldaqçılıq, qanunsuz mərc oyunları, oğurluq kimi cinayətləri hədəf alan əməliyyatlarda 346 nəfər tutulub. Saxlanılanlardan 99-u həbs edilib, 60-ı isə məhkəmə nəzarətinə verilib.Newscenter.az xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Əli Yerlikaya sosial mediada paylaşdığı məlumatda bildirib. "Kibercinayətkarlıqla mübarizə çərçivəsində son bir həftə ərzində 346 şübhəlini yaxaladıq. 99 şübhəli həbs olundu. Onlardan 60-ı barəsində məhkəmə nəzarəti qərarı çıxarılıb. Digərləri ilə bağlı cinayət işi davam etdirilir. Prokurorluğumuz həbs edilən şübhəlilərlə bağlı bank fırıldaqçılığı, informasiya sistemlərini sui-istifadə etmə və s. istiqamətdə araşdırma aparır. Keçirilən əməliyyat tədbirləri nəticəsində 6 ədəd sənədsiz tapança, 7 ədəd boş tapança, müxtəlif miqdarda narkotik vasitələr və s. aşkar edilib",-deyə nazir bildirib.Nazir onu da deyib ki, 7 şübhəlinin hamısının cinayət yolu ilə əldə edildiyi güman edilən 22 milyon 800 min lirə dəyərində əmlak müsadirə edilib.Anar Əliyev

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
newscenter.az

1Mənbələr