AZ

“Qarabağ”-“Tvente”: Qələbə və məğlubiyyət

Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” klubu növbəti yoxlama oyununu keçirib.

Bizim.Media xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Niderland təmsilçisi “Tvente” ilə üz-üzə gəlib.

Qarşılaşma Ağdam təmsilçisinin 1:2 hesablı məğlubiyyəti ilə bitib. “Köhlən atlar” bu gün ilk matçda sözügedən rəqibinə qalib gəlmişdi – 3:2. Azərbaycan çempionu Avstriyadakı ilk qarşılaşmada Ukraynanın “Metallist” (Xarkov) kollektivinə uduzub – 4:5. “Köhlən atlar” Bakıdakı yoxlama matçında isə “Zirə”ni 4 cavabsız qolla üstələyib.

“Qarabağ” UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Şelburn” (İrlandiya) – “Linfild” (Şimali İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq. Bu raundun ilk görüşü iyulun 22-23-də, cavab qarşılaşması 29-30-da baş tutacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
26
3
bizim.media

10Mənbələr