AZ

Polşa qırıcı təyyarələrini havaya qaldırdı

Polşa qırıcı təyyarələrini havaya qaldırıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin bölmələrinin operativ komandanlığı "X" hesabında yazıb.
 
Bildirilir ki, Polşa təyyarələri Rusiyanın Ukraynadakı fəaliyyətinə görə qaldırılıb.
 
Qeyd olunur ki, əməliyyat komandiri ixtiyarında olan bütün qüvvə və vasitələrin işə salınması barədə göstəriş verib. Bundan əlavə, yerüstü hava hücumundan müdafiə və radar kəşfiyyat sistemləri yüksək hazırlıq vəziyyətinə gətirilib.
 
"Silahlı qüvvələrin operativ komandanlığı mövcud vəziyyətə nəzarət edir, tabeli qüvvələr və vasitələr dərhal cavab tədbirləri üçün tam hazır vəziyyətdədir", - məlumatda deyilir.
 
Seçilən
23
10
moderator.az

10Mənbələr