AZ

Yaxın Şərq üzrə beynəlxalq konfrans bu tarixdə baş tutacaq

İyun ayına planlaşdırılan Yaxın Şərq üzrə yüksək səviyyəli beynəlxalq konfrans iyulun 28-dən 30-dək BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında keçiriləcək.

Musavat.com TASS-a istinadən xəbər verir ki, məlumatı BMT Baş Assambleyasının 79-cu sessiyası sədrinin rəsmi nümayəndəsi Şeron Birç açıqlayıb.

Qeyd edək ki, Tədbir İsrail və İran arasında münaqişə səbəbindən təxirə salınmışdı. İyunun 17-dən 20-dək Səudiyyə Ərəbistanı və Fransa BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında İsrail-Fələstin münaqişəsinin iki dövlət əsasında həllinə nail olmaq üçün qlobal səyləri inkişaf etdirməyə yönəlmiş yüksək səviyyəli konfrans təşkil etməli idilər. İyunun 13-də İsrail və İran arasında silahlı münaqişənin başlaması fonunda Fransa prezidenti Emmanuel Makron tədbirin “logistika və təhlükəsizlik məsələləri” səbəbindən təxirə salındığını elan edib.

Ümumilikdə Fələstini BMT-nin 148 üzvü tanıyır. 95 ölkədə Fələstinin səfirlikləri və daimi nümayəndəlikləri fəaliyyət göstərir. “İki xalq üçün iki dövlət” prinsipi 1967-ci il sərhədləri daxilində paytaxtı Şərqi Qüdsdə olan, İsraillə sülh şəraitində yaşayan müstəqil Fələstinin yaradılmasını nəzərdə tutur.

Musavat.com

Seçilən
25
4
musavat.com

10Mənbələr