AZ

Sumqayıtda qayınatasını qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNİB

Sumqayıtda kişinin qaynatasını öldürməsi faktı ilə bağlı cinayət işi başlanılıb.
 
Bu barədə Moderator.az-a Sumqayıt şəhər Prokurorluğundan məlumat verilib.
 
Bildirilib ki, iyulun 12-də gecə saat 3 radələrində Sumqayıt şəhəri ərazisində 1970-ci il təvəllüdlü Arif Bağıyevin öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
 
Araşdırma zamanı 1998-ci il təvəllüdlü Nurulla Mərdanovun Sumqayıt şəhəri 2-ci mikrorayon ərazisində aralarında yaranmış mübahisə zamanı qayınatası Arif Bağıyevə bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
 
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Nurulla Mərdanov iş üzrə şübhəli şəxs qismində tutulub.
 
İbtidai istintaq davam etdirilir.
 
05:00
 
Sumqayıtda ailə münaqişəsi zəminində kürəkən öz qayınatasını öldürüb.
 
Moderator.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin 2-ci mikrorayonunda qeydə alınıb.
 
1970-ci il təvəllüdlü Bağıyev Arif Bağı oğlunun qızının əri Nurulla Tofiqoğlu tərəfindən küçədə qətlə yetirildiyi bildirilir.
 
Məlumata görə qayınata qızı ilə kürəkəni arasındakı narazılığa aydınlıq gətirmək üçün Siyəzəndən qonaq gəlibmiş. Daha sonra onların arasında mübahisə yaranıb və hadisə qayınatanın qətlə yetirilməsi ilə nəticələnib.
 
Nurulla Tofiqoğlu saxlanılıb. Fakt araşdırılır.
 
Seçilən
50
22
moderator.az

10Mənbələr