AZ

Rəşid Məciddən JURNALİSTLƏRƏ ÇAĞIRIŞ – “Bu ifadələr sözün dəyərini azaldır”

Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid sosial şəbəkə hesabında paylaşım edərək jurnalist və yazarların “dəhşətli”, “şok”, “misilsiz”, “dahiyanə” kimi mübaliğəli ifadələrdən istifadəsinə etirazını bildirib. Onun sözlərinə görə, bu tip ifadələr oxucunun diqqətini cəlb etmək məqsədi daşısa da, həm peşəkar, həm də ədəbi dəyərlərə ziddir.

Maraqlıdır, bu tip ifadələrdən istifadə nəyə zərər vurur?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən Rəşad Məcid bildirib ki, bir çox jurnalistlər və sosial media istifadəçiləri bu cür şişirdilmiş ifadələrə tez-tez müraciət edirlər:
 

“Sosial şəbəkələrdə fəaliyyət göstərən, özlərini jurnalist adlandıran bəzi şəxslər diqqət çəkmək üçün bu tip ifadələrdən istifadə edirlər. Mənim də diqqətimi dəfələrlə belə başlıqlar çəkib. Amma bu yanaşma ifadənin öz mahiyyətinə zərbə vurur. Hər hadisəyə “şok”, “dəhşətli”, “misilsiz”, “dahiyanə” kimi qiymət verməklə oxucuda süni təsir yaradılır. Bu da zamanla sözün dəyərini azaldır”, - deyə o, bildirib.


Rəşad Məcid qeyd edib ki, adi və ya sadə bir hadisənin sensasiya kimi təqdim olunması cəmiyyətin informasiya həssaslığına mənfi təsir göstərir:

“Hansısa uğur və ya gündəlik bir hadisə dərhal abartılı formada təqdim olunur. Bu isə informasiya balansını pozur, dəyərlərin aşınmasına səbəb olur. Ona görə də bu narahatlığımı paylaşdım. Ümid edirəm ki, həm jurnalistlər, həm də sosial media istifadəçiləri gələcək fəaliyyətlərində bu məqamı nəzərə alacaqlar”.

Aygün Hüseyn, Bizim.Media

Seçilən
1
2
bizim.media

3Mənbələr