AZ

Tufandağ İstirahət Kompleksi Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqına üzv olub

BAKI, 12 iyul. TELEQRAF

Tufandağ Qış-Yay Turizm İstirahət Kompleksi Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqına üzv olub.

Teleqraf-ın Şahdağ Turizm Mərkəzinə ezam olunan əməkdaşı xəbər verir ki, bu barədəDövlət Turizm Agentliyi sədrinin müşaviri Kənan Quluzadə Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının 1-ci Sammitində çıxışı zamanı deyib.

O qeyd edib ki, İttifaqa Azərbaycanın və digər üzv ölkələrin yeni üzvlərinin qoşulmasını məmnunluqla qarşılanır:

“Azərbaycanın daha bir məşhur məkanı — Tufandağ dağ kurortunun İttifaqa üzv olması xüsusi qürur mənbəyidir. Tufandağ Azərbaycan hökumətinin dəstəyi ilə inkişaf etdirilib.

Bu günkü görüş qardaş Türk dövlətləri arasında, xüsusilə turizm sahəsində dostluğun, həmrəyliyin və əməkdaşlığın daha da dərinləşməsini əks etdirir. Türkdilli dövlətlərinin Xizək Kurortları İttifaqının yaradılması bu istiqamətdə mühüm bir mərhələ oldu.

Ortaq tariximiz, dilimiz, etnik və mədəni köklərimiz münasibətlərimizin təməlini təşkil edir. İnanırıq ki, bu ittifaq qarşılıqlı turist axınının artmasına, xizək turizminin təbliğinə və Türk dövlətlərindəki xizək kurortları arasında əməkdaşlığın güclənməsinə töhfə verəcək. Türk dünyasında birliyə dair ortaq baxışımız və dövlət başçılarımızın davamlı dəstəyi belə birgə təşəbbüslərin uğur qazanması üçün möhkəm zəmin yaradır”.

Seçilən
36
12
teleqraf.com

10Mənbələr