Bakı. Trend:
Yaxın zamanlarda Azərbaycan qazının Türkiyə ərazisindən Suriyayaixracı layihəsi həyata keçiriləcək.
Trend xəbər verir ki, bubarədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin SuriyaƏrəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa iləgeniş tərkibdə görüşdə bildirilib.
Görüşdə ölkələrimiz arasında xüsusilə enerji sahəsindəəməkdaşlığın vacibliyi qeyd edildi, Suriyanın hazırda ciddi enerjiproblemi ilə üzləşdiyi bildirildi. Bu xüsusda yaxın zamanlardaAzərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracı layihəsininhəyata keçiriləcəyi vurğulandı və bunun Suriyanın enerjitəhlükəsizliyinə töhfə verəcəyi qeyd olundu. Azərbaycanın Suriyanınenergetika sahəsinin bərpasına töhfə vermək iqtidarında olduğudiqqətə çatdırıldı.
Əhməd Əl Şaraa hazırda ölkəsinin üzləşdiyi ciddi enerjiproblemlərinin həllində Azərbaycanın töhfəsinin əhəmiyyətinivurğulayaraq, bunun Suriyanın inkişafına xidmət etdiyini dedi.