AZ

“Peyk vasitəsilə Nərimanlı kəndindəki evimizi izləyirəm, nəvələrimlə ora qayıdacağam”-FOTO+ÖZƏL

“Mən 1964-cü ildə Qərbi Azərbaycanın, Basarkeçər rayonunun Nərimanlı kəndində anadan olmuşam. Nərimanlı kəndinin bir neçə dəfə adı dəyişdirilib. Bu da bizim Azərbaycan hökümətinin uğuru idi. Çünki onlar zaman-zaman bu yerlərin adlarının türkəsilli adlarla dəyişdirilməsi ilə məşğul olublar. Ona görə də düşünürəm ki, nəhayət Nəriman Nərimanovun adının bu kəndə verilməsi ən doğru addım olub. 15-16-cı əsrlərdə o ərazilərdə, Göyçə gölünün ətrafında qədim türk tayfaları yerləşib”
 
Bunu Moderator.az-a açıqlamasında Qərbi Azərbaycan İcması Basakeçər rayonunun Nərimanlı kəndi üzrə təhsil bölməsinin rəhbəri Asəf Vəliyev deyib. O daha sonra həmin torpaqlarda ermənilərin yaşamadığını bildirib:
 
“Mən coğrafiyaşünasam. Ermənilər ümumiyyətlə heç vaxt o torpaqlarda yaşamayıblar. XX əsrin əvvəllərində erməni daşnakları İrəvanda yaşayan azərbaycanlılara qarşı vəhşiliklər törətmiş, dinc əhalini talamış, kəndləri, şəhərləri məhv etmişlər. Bilirsiniz ki, “Gülüstan”, “Türkmənçay” müqaviləsi Sovetlər birliyinin məqsədi və məramı idi. Anadaolu, İran, Suriya ərazisində yaşayan ermənilərin İrəvan xanlığına köçürülməsi məqsədli şəkildə o zamandan başladı. O zamana qədər orada azəri türkləri yaşayıb. Əlbəttə ki, Qərbi Azərbaycanın Göyçə mahalı deyəndə dədə-baba yurdumuz, o yaylaqlar, o dağlar, o çeşmələr, gəzdiyimiz, dolaşdığımız, körpəliyimizin keçdiyi kəndimiz yadıma düşür. Onları unutmaq asan iş deyil. Bu gün də onu unuda bilmirik. Mən peyk vasitəsilə evimizi izləyirəm. Şükür ki, evimiz yerində qalıb. Evimizi buradakı erməni ilə dəyişdik. Mənim 24 yaşım var idi. Düzdür, mal-heyvanı, toyuq-cücəni kənddən çıxara bilmədik, elə bir maşına öz ailəmiz minib gəldik. Hər şeyimiz orada qaldı. Oradan gələndən sonra mən atamı itirdim. Atam uzun müddət “Sovet ermənistanı” qəzetində Göyçə mahalı üzrə müxbir işləyib. Daha sonra müxtəlif kalxozlarda sədr, Maarif şöbəsində vəzifədə, daha sonra isə öz kəndimizdə müəllim olub. Əlbəttə ki, atam da, anam da o torpaqların həsrəti ilə dünyasını dəyişdi” deyə Asəf Vəliyev deyib.
Asəf Vəliyev bildirib ki, hər bir Qərbi Azərbaycanlı kimi o torpaqlara qayıdacağı günü səbirsizliklə gözləyir:
“Biz o yurda, o yuvaya bağlı insanlar kimi o torpaqlara qayıdacağıq. Hörmətli cənab prezidentimiz İlham Əliyev Qərbi Azərbaycan İcmasının binasının açılışı zamanı da qeyd etdi ki, hamımız bir olub, bir amal uğrunda çalışmalıyıq. Artıq 3-cü ildir ki, beynəlxalq aləmdə, sosial şəbəkədə, televiziyada Qərbi Azərbaycan haqda reportajlar hazırlanır, təbliğat gedir, konsepiyası yayılır. Hegemon ölkələr də bunu qəbul etməkdədirlər. Yaxın gələcəkdə inanıram ki, ən azından Zəngəzur və Göyçə mahalında bir-birimizlə görüşüb, gözaydınlığı verəcəyik. Buna xalq olaraq hamımız inanırıq. Mən də nəvələrimlə birlikdə ora gedəcəyəm. Peşəm müəllimlikdir. Nəsimi rayonu Fəxrəddin Nəcəfov adına 266 nömrəli məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıram. Elə oxuduğum Nərimanlı kənd məktəbində gənc nəslin təlim-tərbiyyəsi ilə məşğul olub, müəllim kimi peşəmi davam etdirmək istəyirəm. Təsərrüfat da qurmaq istərdim. Bilirsiniz ki, Göyçə mahalının iqlimi, təbiəti də buna imkan verir. Ondan sonra arzular yavaş-yavaş çin olacaq” deyə o bildirib.
Seçilən
28
moderator.az

1Mənbələr