AZ

SpaceX İlon Maskın "xAI" startapına 2 milyard dollar investisiya yatıracaq

Bakı. Trend:

İlon Maskın sahibi olduğu “SpaceX” aerokosmik şirkəti onun süniintellekt layihəsi olan “xAI” startapına 2 milyard dollar həcmindəsərmayə qoyacaq.

Trend xəbər verirki, bu barədə “Wall Street Journal” şirkətə yaxın mənbələrəistinadən məlumat yayıb.

Qeyd olunur ki, bu vəsait iyunda elan edilən 5 milyard dollarlıqsəhmdar kapitalının cəlbi çərçivəsində həyata keçirilir. Məlumatagörə, “xAI” bu investisiyadan əlavə 5 milyard dollar məbləğindəborc vəsaiti də əldə edib.

İnvestorların bildirdiyinə əsasən, ilin sonuna qədər “xAI” dahaböyük məbləğdə maliyyə vəsaiti cəlb etməyi planlaşdırır. StartapMaskın yaratdığı süni intellekt əsaslı çat-bot “Grok”un inkişafıilə məşğuldur.

Seçilən
27
1
az.trend.az

2Mənbələr