Yeni mövsümdə Azərbaycan Premyer Liqasında mübarizə aparacaq “İmişli” növbəti transferini reallaşdırıb.
Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bölgə təmsilçisi heyətini braziliyalı müdafiəçi Rafael Viegasla gücləndirib.
Onunla 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, bundan öncə klub İmam Əli, Ronaldo Rodrigues və İbrahim Əliyevi heyətinə cəlb edib.