AZ

Salyanda bostandan qayıdan 3 nəfər suda boğularaq can verdi - TƏFƏRRÜAT

Salyan rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.

Avtosfer.az xəbər verir ki, qəza günorta saatlarında rayonun Parça Xələc kəndi ərazisində qeydə alınıb.

Belə ki, rayonun Seyidan kəndindən bostan işləri görərək qayıdan şəxslər Gəncəli kəndinə doğru hərəkətdə olan zaman 18-BG-932 dövlət qeydiyyat nişanlı QAZ-3111 markalı avtomobil yolun kənarında olan su kollektoruna düşüb.

Hadisə nəticəsində rayonun Gəncəli kənd sakinləri, avtomobilin sürücüsü, 1971-ci il təvəllüdlü Sərraf Abbasağa oğlu Qafarov və sərnişinlər, 1989-cu il təvəllüdlü Camal Mürşüd oğlu Dəmirov və 1987-ci il təvəllüdlü Ramiq Vahid oğlu Həsənov hadisə yerində boğularaq həlak olublar.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Seçilən
22
8
avtosfer.az

10Mənbələr