AZ

Rusiyada azərbaycanlı iş adamları ardarda həbs olunur

Rusiyada azərbaycanlı iş adamlarına qarşı həbslər dalğası davam edir.

Publika.az Musavat.com-a istinadla xəbər verir ki, bu dəfə hadisə Leninqrad vilayətində baş verib. Burada dörd nəfər azərbaycanlı biznesmen saxlanılıb. Onlar yerli polis rəhbərliyinə rüşvət verməkdə və başqa qanunsuz fəaliyyətlərdə ittiham olunurlar.

Rusiya hüquq-mühafizə orqanlarının yaydığı məlumata əsasən, saxlanılan azərbaycanlılar qaçaqmal spirtli içki və tütün məmulatlarının satışı, eləcə də qanunsuz miqrant əməyindən istifadə halları ilə bağlı istintaqa cəlb olunublar.

871431_src.jpeg

Onların bu fəaliyyətlərini davam etdirə bilmələri üçün yerli polis idarələrinin rəhbər şəxslərinə mütəmadi olaraq rüşvət verdikləri iddia olunur.

Həbs edilən azərbaycanlıların adları belədir:

• Vüsal Orucov
• İbadət İsmayılov
• Asif Allahverdiyev
• Arastun Talıbov

Məhkəmə istintaq dövründə onların hamısının 9 sentyabra qədər həbsdə saxlanılması barədə qərar çıxarıb.

Seçilən
55
10
publika.az

10Mənbələr